SİZİN REKLAM BURADA!
055 213 76 73


 

NATO-nun şərq sərhədlərində batalyonların yerləşdirilməsi təklif edilib. ANS PRESS-in məlumatına görə, belə bir təkliflə təşkilatın baş katibi Yens Stoltenberq çıxış edib.

O deyib ki, hələ əsgərlərin sayı və batalyonların yerləri barədə heç bir qərar qəbul edilməyib. NATO-nun batalyonlar yerləşədirmək istədiyi şərq sərhədlərinə Rusiya da çox sayda hərbi qüvvə toplayıb.  Ölkənin müdafiə naziri Sergey Şoyqu bildirib ki, rəsmi Moskva NATO-nun sərhədlərinə yaxınlaşmasına qarşı 3 yeni hərbi diviziya yaratmağı planlaşdırır. 

Yeni bölüklərin ikisi Rusiyanın qərb sərhədlərində, biri isə cənub sərhədlərində qurulacaq. Hərbi bölüklərin bu ilin sonuna kimi yaradılması nəzərdə tutulur. Bölüklərin hər birində 10 min əsgər olacaq və bölüklər avtomatik silahlarla təchiz olunacaq.
 
BAKU.WS