VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ukraynanın "Eurovision-2016” təmsilçisi Camala (Susanna Camaladinova) prezident Petro Poroşenko tərəfindən mükafatlandırılıb.

"Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Camalaya "Ukraynanın xalq artisti” titulu verilib.

"Bu, fantastik qələbədir. Sən insanların böyük əksəriyyətini xoşbəxt etdin”, - deyə prezident Camalanı təltif edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

P. Poroşenko Xarici İşlər Nazirliyinə Camalanın YUNİSEF-in (BMT-nin Uşaq Fondu) xoşməramlı səfiri təyin olunması ilə bağlı da tapşırıq verib.

Qeyd edək ki, Camala "1944” adlı mahnısı ilə 534 səslə "Eurovision” müsabiqəsində ilk yerdə qərarlaşıb.
 
BAKU.WS