SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə bir az azalıb. Qiymətlərdə manatla 3.59 faiz, ABŞ dolları ilə isə 0,52 faiz azalma müşahidə olunur.

BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2.24 faiz azalıb (dollarla 1.02 faiz artım) . Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 fazi düşüb (dollarla 1,71 faiz artım).

Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8.55 faiz düşüb, dollarla isə 6.23 faiz enib.
 
BAKU.WS