SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb.
 
BAKU.WS-in məlumatına görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanın qədim diyarı olan Qəbələdə salamlayaraq ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən general-polkovnik Z.Həsənov bu əlaqələrin daimi olacağını qeyd edib.

Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən Gürcüstanın Müdafiə naziri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
BAKU.WS