Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir yarımfinalçısı müəyyənləşib.

BAKU.WS xəbər verir ki, mayın 14-də "Dalğa Arena”da dörddəbir final mərhələsi çərçivəsində Almaniya və Belçika yığmaları üz-üzə gəlib. İslandiyalı baş hakim Gunnar Jarl Yonssonun idarə etdiyi görüşün 46-cı dəqiqəsində Almaniya yığmasının üzvü Renat Dadaşov hesabı açıb.

Görüşün sonunadək hesab dəyişməyib. Rəqibini 1:0 hesabı ilə məğlub edən Almaniya yığması yarımfinala yüksəlib. Almaniya millisi bu mərhələdə İspaniya-İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, digər dörddəbir final görüşündə Portuqaliya millisi Avstriya yığmasını 5:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Mayın 15-də keçiriləcək digər dörddəbir final oyunlarında İspaniya millisi İngiltərə, İsveç yığması isə Hollandiya ilə üz-üzə gələcək.
 
BAKU.WS