VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İsveçin Stokholm şəhərindəki "Globe” arenada 61-ci dəfə təşkil olunan "Eurovision-2016” mahnı müsabiqəsinin final konserti başa çatıb.
 
BAKU.WS-in məlumatına görə, sms-səsvermənin nəticəsinə əsasən  "Eurovision 2016"nın qalibi 534 xalla Ukrayna təmsilsiçi Camala olub. Təmsilçi iştirakçı ölkələrin çoxundan 12 xal alıb, həmçinin tamaşaçı səs verməsində ən çox xal bu ölkəyə verilib.
İkinci yeri 511 xal toplayan Avstraliya təmsilçisi Dami İm olub. Rusiya təmsilçisi Sergey Lazerev isə 361 xalla üçüncü yerdə qərarlaşıb.

Azərbaycan təmsilçisi Səmra Rəhimli isə uğursuz nəticə əldə edərək müsabiqədə sonuncu yerlərdə olub. Qeyd edək ki, Azərbaycan 12 xalını Rusiyaya, 10 xalını Ukraynaya, 8 xalını isə Bolqarıstana verib.

BAKU.WS