SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyanın olduğu gəlin maşını artıq Selcuk Bayraktarın Yahya Kemal Beyatlı konsert mərkəzinə daxil olub.

"Qafqazinfo” Haberturk-ə istinadən xəbər verir ki, Ərdoğan salonun həyətinə helikopterlə gəlib, daha sonra maşınla salona yaxınlaşıb. Helikopterdə prezidentin xanımı Əminə Ərdoğan, oğlu Bilal Ərdoğan və kürəkəni Berat Albayrak olub.

Xatırladaq ki, Sümeyyanın toy mərasimi üçün Türkiyədə əsas yollar bağlanıb, ciddi təhlükəsizlik tədbirləri görülüb.
 
[media=]