SİZİN REKLAM BURADA!
055 213 76 73


 

17-19 iyun tarixlərində Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işləri çərçivəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunur.
 
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, hazırlıq işlıri ilə əlaqədar olaraq Əziz Əliyev küçəsi mayın 13-ü, saat 22:00-dan etibarən mayın 14-ü, səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.
 
BAKU.WS