VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Şamaxı Rayon Təhsil Şöbəsi Şamaxı rayonunda kənd orta məktəbindəki hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
 
Təhsil Şöbəsindən ANS PRESS-ə verilən xəbərə görə, adı mətbuatda hallanan, şərti adı A. olan şəxs Pirbəhli kənd 9 illik kənd ümum orta məktəbindən 2015-ci ildə məzun olub. O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir. Bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimov isə 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.
 
Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
BAKU.WS