VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.
 
BAKU.WS