SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq. 

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, qaz xətti üzərində RDUK200 markalı qaz tənzimləyicinin quraşdırılması, diametri 150 mm-lik siyirtmənin təmiri, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 13-də saat 09.00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Ramana qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Nərimanov rayonu ərazisində, eləcə də Qəbələ rayonunda və Vəndam qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
BAKU.WS