VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Nəşr və tərcümə şöbəsi ləğv edilib.

BAKU.WS AzNews.az-a istinadən xəbər verir ki, Süleyman İsmayılovun rəhbəri olduğu şöbə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə birləşdirilib. Nəşr və tərcümə şöbəsinin müdiri Kərimov Vasif Əli oğlu isə yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, V.Kərimov 1937-cu ildə İrəvanda anadan olub. 1-ci dərəcə dövlət müşaviridir. 1997 –ci ildən Prezident Administrasiyasının Nəşr və tərcümə şöbəsinin müdiri vəzifəsində çalışırdı.
 
BAKU.WS