VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir. Bununla əlaqədar 13 may 2016-cı il tarixində saat 08:00-dan etibarən gün ərzində Azadlıq prospekti və Cəfər Xəndan küçələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaqdır.

"Azərsu" ASC-dən BAKU.WS-ə veriən məlumata görə, Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 13 may 2016-cı il tarixində 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu ərazilərə - Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
 
BAKU.WS