SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aprelin əvvəlində cəbhədəki döyüşlərdə şəhid verməyimizlə əlaqədar olaraq, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması ilə bağlı bu gün təşkil ediləcək geriyə sayım şousuna konsert proqramı daxil edilməyib.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib: "Aprelin əvvəlində cəbhə xəttində bizim ailələrimiz şəhidlər verib. Şou deyiləndə biz konsert proqramını nəzərdə tutmamışıq".
 
BAKU.WS