Müdafiə naziri cəbhəboyu zonada yeni tikilən hərbi şəhərcikdəki inşa işlərinin gedişatını yoxlayıb.
 
 
BAKU.WS-in məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.

Qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.
 
BAKU.WS