SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Moskvada baş tutan qalmaqallı qaydasız döyüş yarışının təşkilatçıları ermənilərdir".
 
Bunu BAKU.WS-ə eksklüziv açıqlamasında Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərov deyib. Onun sözlərinə görə, OFS-8 (Octagon Fighting Sensation) turniri beynəlxalq səviyyədə tanınmır və yalnız ermənilər tərəfindən keçirilir. 
 
"Yarışda Azərbaycan adında iştirak edən 19 yaşlı gənc Rusiyada yaşayan dağıstanlı idmançıdır. Bu turnirdəki teatrı ermənilər özləri düzüb-qoşublar. Döyüşən idmançının azərbaycanlı olub olmadığı da məlum deyil. Onlar yarışda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını çıxarıblar. Əgər beynalxalq səviyyəli yarış olsa idi heç o bayrağı açmağa qoymazdılar". 
 
Rusiya Pankration (Qaydasız Döyüş) Federasiyasının rəsmisi də məsələyə münasibət bildirib və turnirin erməni təşkilatçılar tərəfindən keçirildiyini bildirib.
 
Qeyd edək ki, ötən gün Rusiyanın paytaxtı Moskvada OFS-8 (Octagon Fighting Sensation) turniri keçirilib. Ermənilərin təşkil etdiyi yarışda erməni idmançı Albert kazaryan guya azərbaycanlı idmançı Rüstəm Murtazovu məğlub edib.  
 
Şahin Həbibov
BAKU.WS