SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Qəbristanlıqlarda şəhid məzarlarının fərqləndirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinə təqdim edilmiş qəbristanlıqlar haqqında qərar layihəsində öz əksini tapıb. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, qərar layihəsi Nazirlər Kabinetinə göndərilib.

Onun sözlərinə görə, qərar layihəsinə müəyyən təkliflər və düzəlişlər var: "Hazırda bunun üzərində iş davam edir. Yeni təkliflərə baxılacaq və qərar qəbul edildikdən sonra Azərbaycanda qəbristanlıqlarda vahid sistem təşəkkül tapacaq və dəbdəbədən kənar məzarlıqlar olacaq".
 
BAKU.WS