SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanın baş naziri Ovik Abramyan bu gün qondarma Dağlıq Qarabağ Respublikasına (DQR) gəlib.
 
ANS PRESS-in məlumatına görə, bu barədə "İnterfaks”a Ermənistan hökumətindəki mənbələrdən bildiriblər. Mənbənin sözlərinə görə, səfər 9 may "Qələbə günü”  ilə yanaşı həm də "DQR”  ordusunun yaradılması və formalaşdırılması məqsədi daşıyır.

"Baş nazir ilə birlikdə Qarabağa bir sıra nazirlər də gediblər", - mənbə bildirib.

Son vaxtlar ermənistan rəhbərliyinin və siyasi xadimlərinin Dağlıq Qarabağa səfərləri artıb. Sonuncu belə hadisə may ayının 2-də baş tutub. Ermənistanın ilk prezidenti, erməni milli konqresinin lideri Levon Ter-Petrosyan işğal altında olan Dağlıq Qarabağa gedib.O, qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşüb.
 
Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib. Aprelin 18-i baş tutan səfər zamanı Sarkisyan gecə saatlarında qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib. 

Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib.

BAKU.WS