VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Mayın 7-də Riqada azərbaycanlı Vəli Məmmədovun rəhbərlik etdiyi FLASHPROMOTİON təşkilatı özünün ilk AllfortheVictory turnirini keçirəcək.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, Vəli Məmmədov Rusiyada yaşayan gənc məşqçi və promouterdir. Təəccübləndirən isə odur ki, öx təşkilatının bayrağı altına o, yalnız rusiyalıları deyil, həm də erməniləri toplaytıb. Bu azmış kimi, Riqada o, qəribə «şou» təşkil etmək qərarına gəlib — azərbaycanlılar ermənilərə qarşı. Məsələn, Məmmədovun komandasından olan Petros Ananyan Latviyada yaşayan azərbaycanlı Zaur Sadıxovla döyüşəcək. Digər qarşıdurmada FLASHPROMOTİON-un iki boksçusu — Azərbaycan yığmasının keçmiş üzvü, 2012-ci il London Olimpiya Oyunlarının iştirakçısı, dağıstanlı Soltan Migitinov və Lendruş Akopyan üz-üzə gələcəklər.

 

«Bizdə erməni döyüşçülər azərbaycanlılarla bir yerdə çıxış edirlər. Burada heç bir siyasi çalar axtarmağa dəyməz, bu xalis idmandır. Əgər bu təxribatdırsa da, sülhməramlıdır. Qoy bütün mübahisələr rinqdə həll olunsun və qonqun zərbəsi ilə bitsin», - Vəli Məmmədov deyib.

Sizə elə gəlmirmi ki, çox qəribə yanaşmadır? Azərbaycanla Ermənistan arasında münasibəttlərin son həddə kəskinləşdiyi bu günlərdə belə «təxribatı» ya həddən artıq axmaq, ya da hiyləgər və abırsız insan təşkil edə bilər. İki düşmən xalqın nümayəndələrini qarşı-qarşıya qoymaqla gənc təşkilatın reytinqini qaldırmaq cəhdi abırsızlığın zirvəsi deyilmi?

Bunu rus, yaxud Ermənistan-Azərbaycan münaqişəsindən uzaq digər millətin nümayəndəsi etsəydi, bəlkə də başa düşmək olardı. Lakin bu halda bunu azərbaycanlı təşkil edib. Vəli Məmmədovun damarlarında azərbaycanlı qanının axmasını bizə boksa yaxın dairələrdə təsdiq etdilər. Düzdür, dərhal da qeyd etdilər ki, onun erməni qarışığı da var. Vəlinin belə qəribə hərəkətlərini bəlkə elə bununla da izah etmək olar.

Biz Vəli Məmmədovla əlaqə yaratmaq istədik, lakin bir xeyri olmadı. Ola bilsin ki, sabahkı döyüşlərdən sonra biz ondan bu suallara cavab ala biləcəyik.
 
BAKU.WS