SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan KİV-i orduya niyə Çin və ya İsrailin istehsal etdiyi silahları almadığına aydınlıq gətirməyə çalışıb.
 
BAKU.WS-in məlumatına görə, əslində digər ölkələr hərbi texnikanı Ermənistana satmağa hazırdır. Ancaq nədənsə, Ermənistan ordusu yalnız Rusiya Federasiyasından əldə edilmiş silahlarla silahlandırılır.
  
Müdafiə nazirinin mətbuata qapalı görüşündə deputatlardan biri Seyran Ohanyana məhz bu sual verilib. Bununla yanaşı, Rusiyanın 200 milyon dollar həcmində kredit hesabına Ermənistana veriləcək silahların çatdırılmasındakı ləngimə də müzakirə edilib. 

Faktiki vəziyyət anlamağa imkan verir ki, Rusiya Federasiyası Ermənistana başqa ölkələrdən silah almağa icazə vermir. KİV yazır ki, Ermənistan indiyə qədər Rusiya Federasiyasından silahı alırdı və bundan sonra da proses bu cür davam etmək. 
 
BAKU.WS