Bakının daha bir yolu təmirə bağlanır.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.
 
Sürücülərə alternativ olaraq Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrindən istifadə etmələri tövsiyə olunur. Qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkəti təşkil edilib.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ