VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Müəllimlərin diaqnostik qiymətləndirilməsi müvafiq qaydaya uyğun olaraq ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra strategiyaya uyğun şəkildə əmək haqqı islahatının ikinci mərhələsinə - differensial, yəni, peşəkarlıq səviyyədən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçməyi planlaşdırırıq".

BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub: "Belə ki, 2014-cü ildə Bakı şəhərində 30 min, 2015-ci ildə ölkənin 3 şəhər və 9 rayonunda 26 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Beləliklə, ölkə üzrə müəllimlərin 40%-nin dərs yükü 1,5 dəfə, vəzifə maaşı isə 2 dəfə artıb. Nəticədə müəllimlərin orta aylıq əmək haqqısı ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb".

M. Cabbarov eyni zamanda, müəllim-şagird nisbətində əsaslı irəliləyişlərə nail olunduğunu da xatırladıb: "Bu göstərici 2012-2013-cü tədris ili müqayisədə 2015-2016-cı ildə 1:10-dan 1:12 nisbətinə yüksəlib".