SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Britaniyanın BBC telekanalı Dağlıq Qarabağ münaqişəsi barədə reportaj hazırlayıb.

BAKU.WS xəbər verir ki, reportajda bildirilir ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir, ancaq hazırda bu əraziyə Ermənistan hərbçiləri tərəfindən nəzarət olunur. 

Azərbaycanın Ağdam rayonuna səfər edən bir qrup BBC jurnalisti Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən cəmi bir neçə kilometr aralıda yerləşən xəstəxanaya baş çəkib.
 
Reportajda Ermənistan silahlı qüvvələrinin artilleriya zərbələri nəticəsində dağılmış evlərin, ziyan çəkmiş mülki şəxslərin və xəstəxanada müalicə olunan yaralıların fotoşəkilləri də yer alıb. 
 
Bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici KİV-in təmsilçiləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinə endirdiyi artilleriya zərbələri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün həmin kəndlərə səfər ediblər. 
 
BAKU.WS