VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Yaralı hərbiçimiz "Rembo” ləqəbli tankçı-mexanik Razi Cavadov komadan ayılıb. 
 
BAKU.WS məlumat verir ki, bu haqda sosial şəbəkədə xəbər yayılıb. Xəbərdə qeyd olunur ki, Rembonun ayılması ilə bağlı məlumatı atası bildirib. O deyib ki, hərbiçimiz ayılan kimi anasını istəyib. Razi Cavadov həkim nəzarəti altında müalicəsini davam etdirir. 

Xatırladaq ki, Goranboy rayonunun Balakürd kənd sakini, Azərbaycan ordusunun müddətdən artıq hərbi qulluqçusu, tankçı "Rembo” ləqəbli Razi Cavadov aprelin 2-dən 6-na qədər Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə işğal altındakı Talış kəndi arasındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Atasının və döyüş yoldaşlarının dediyinə görə, Razi Cavadov 4 günlük döyüşlərdə düşmən postunu darmadağın edərək onları pərən-pərən salıb, düşmənin bir neçə texnilkasını və canlı qüvvəsini məhv edib. Aprelin 6-da Razi düşmən snayperi tərəfindən başından vurulub. Onun üç azyaşlı uşağı - iki oğlu, bir qızı var.

Ayşən Ayxan 
BAKU.WS