SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dağlıq Qarabağdakı işğalçı ordu Azərbaycan qoşunlarının ön cəbhə xəttində toplaşması ilə bağlı məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə qondarma respublikanın "Müdafiə Nazirliyi"nin bəyanatında deyilir. Bildirilir ki, ön cəbhədə Azərbaycan ordusunun aktiv yerdəyişmələri müşahidə olunur.

Azərbaycan Müdafiə Nazirliyindən isə bununla bağlı virtualaz.org saytına bildirilib ki, Azərbaycanın Silahlı Qüvvələri ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sərbəst yerdəyişmə hüququna malikdir.

"Biz üçüncü ölkə, ələlxsus da, Ermənistan qarşısında qoşunlarımızın hərəkəti haqqında hesabat vermək niyyətində deyilik”, - Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda vurğulanıb.
 
BAKU.WS