SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünya neft qiymətləri bu gün 2016-cı ildəki maksimumuna - bir barel üçün 48,02 dollara ("Brent" markası) çatıb.

Trend-in məlumatına görə, "qara qızıl"ın qiymətləri dolların davam edən zəifləməsi və ABŞ-da neft hasilatının azalması ilə əlaqələndirilir.

Hərraclar zamanı "Brent" markalı neftin qiyməti hətta 48,08 dollara yüksəlib, amma sonra bir qədər enib.

Bugünkü neft qiymətləri 2015-ci il noyabrın 26-dan ən yüksək göstərici sayılır. Dünya birjalarında yüngül neft markası WTI-ın bir barelinin iyun fyuçerslərinin qiyməti 0,96 artaraq 46,47 dollar təşkil edir.
 
BAKU.WS