SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa oğlanların hərbidən yayınması məsələsinə toxunub. ANS PRESS-in məlumatına görə, millət vəkili bildirib ki, bir çox hallarda oğlanlar hərbi xidmətə getməmək üçün xaricdə təhsildən istifadə edirlər. Onlar xaricdə təhsil almaq adı altında hərbi xidmətdən yayınırlar. 

"Əgər xaricdə 300 nəfər təhsil alırsa, onların əksər hissəsi yalnız birinci kursu başa vura bilirlər. Növbəti kurslarda onlar çətinlik çəkirlər və sadəcə əlavə pul ödəməklə illərlə eyni kursda təhsillərini davam etdirirlər. Bunun qarşısını almaq üçün həmin şəxslərin ölkədə təhsil almalarını təmin etmək lazımdır", - deyə millət vəkili əlavə etdi. 
 
BAKU.WS