SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Nikolay Bardyuja Ermənistan prezidenti Serj Sarkisyanın təşkilata Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı kömək üçün müraciət etmədiyini bildirib. 

BAKU.WS məlumat verir ki, Nikolay Bardyuja Ermənistan rəhbərliyi ilə danışığında ona belə bir müraciətin edilməiyini bildirib. Jurnalistin "Bu o deməkdir ki, Qarabağ Ermənistanın tərkib hissəsi deyil və siz Ermənistanın beynəlxalq aləmdə qəbul edilən sərhədləri daxilində hücum olarsa bu ölkəyə kömək edəcəksiniz” sualına "Bəli siz düz fikir yürüdürsünüz”, deyə cavab verib. 

Qeyd edək ki, KTMT-nin nizamnaməsinə görə, təşkilat hər hansı bir üzv ölkəyə hərbi müdaxilə olarsa həmin ölkəyə hərbi yardım göstərməlidir. Dağlıq Qarabağ beynəlxalq aləmdə birmənalı olaraq Azərbaycanın ərazisi kimi qəbul olunduğu üçün ordumuz öz torpaqlarımızda istənilən hərbi əməliyyatları keçirməkdə sərbəstdir. Baxmayaraq ki, Ermənistan rəhbərliyi hər dəfə bəyanatlarında Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağı təqirdə KTMT-nin İrəvana yardım edəcəyini bildirirdi. 
 
AZAD Əliyev 
BAKU.WS