SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə monitorinqlər keçirməyi nəzərdə tutur.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. Təhsil Nazirliyindən bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti ilə bağlı vəziyyəti öyrənməkdir. Monitorinqlərin dərs ilinin son günlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən tədris ilində orta məktəblərdə tədris mayın 31-də başa çatsa da, bu dərs ilindən tədrisin iyunun 14-də bitməsi barədə qərar verilib.

Bəzi məktəblərdə isə valideynlərə bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də fənlər üzrə proqramların tədrisi mayın sonunda yekunlaşacaq. Ona görə də dərslər iyunun 14-dən də tez bitə bilər.
 
BAKU.WS