SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılması və atəşkəsin elan olunmasına baxmayaraq, ermənilər atəşkəsi pozmaqda davam edir. 

"Report"un məlumatına görə, erməni tərəfi Azərbaycan ordusunun işğaldan azad etdiyi əraziləri də mütəmadi olaraq atəşə məruz qoyur. 

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri əməliyyat şəraitini nəzərə alaraq, düşmənə cavab atəşi endirir. Həmçinin, Azərbaycan ordusu işğaldan azad olunan ərazilərə nəzarəti gücləndirib və Silahlı Qüvvələrin bölmələri həmin ərazilərdə möhkəmləndirmə işlərini həyata keçirirlər. 
 
BAKU.WS