VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

"TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının hərbçilərini həsrətlə qucaqlayan azərbaycanlı zabitlər Türkiyə mətbuatının gündəminə düşüb. 
 
BAKU.WS-in məlumatına görə, Türkiyədən gələn qardaşlarını həsrətlə qucaqlayan azərbaycanlı zabitlər təyyarələrdə iki ölkənin bayrağını dalğalandıraraq obyektivlərə gülümsəyib. Milli və beynəlxalq arenada bir birinə dəstək verən iki qardaş ölkə zabitlərinin münasibəti düşmənlərə dağ çəkib. 

Fotolar sosial şəbəkələrdə paylaşıldıqndan qısa müddət sonra insanlar tərəfindən günün ən çox paylaşılan şəkilləri arasına girməyi bacarıb. İnternet istifadəçilərinin paylaşdıqları şəkillərdə iki ölkənin tarixi qardaşlıq əlaqələri ilə bağlı müxtəlif rəylər yazılıb. Bu fotolar hətta bəzi sosial şəbəkə istifadəçilərini duyğulandırıb.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.

Təlimlərdə 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.
 
ŞAHİN Həbibov
BAKU.WS