SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya Xəzərdəki Hərbi Dəniz Donanmasına döyüş əmri verib. 

BAKU.WS Rusiya KİV-lərinə istinadən xəbər verir ki, donanmanın 20-yə yaxın qəmisi Xəzər dənizində təlimlərə başlayıb. Təlim zamanı bir çox silahlar sınaqdan keçiriləcək, o cümlədən şərti düşmənə "Kalibr-NK”raket komleksindən atəş açılacaq.

Açıq mənbələrdən əldə edilən məlumata görə, 3M-14 "Kalibr” raketləri dəniz üzərindən 350 km qədər qurudan isə 1500 km-dək hədəfləri dəf edə bilir.

Qeyd edək ki, Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlar zamanı bu raketlərdən də istifadə olunub. Xəzər dənizindəki "Dağıstan”, "Qrad Sviyajsk”, "Uqliç” və "Velikiy Ustyuq” gəmilərindən həyata raketlər atılmışdı.
 
BAKU.WS