VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistan ordusunun polkovniki Ararat Melkumyan Qarabağda gedən "dördgünlük müharibə"də ayağından yaralanıb.
 
BAKU.WS-in məlumatına görə, Cəbrayılda hərbi hospitala yerləşdirilən polkovnikin vəziyyəti hələ də ciddidir. Onunla söhbət etmək imkanı tapan jurnalistlər maraqlı məqamları üzə çıxarıblar. Melkumyan özü etiraf edib ki, aprelin əvvəlində Azərbaycanın hərbi əməliyyatlarına tab gətirə bilməyiblər:
 
"Bizim üçün həmin günlər çox çətin oldu. Rəqib müasir texnikalardan istifadə edirdi. Belə ordu ilə döyüşmək bizim üçün çox çətin idi. Ona görə də böyük itki vermək əvəzinə postları qoyub geri çəkilmək daha ağıllı addım idi.
 
Erməni həbçilərdən biri polkovnik Ararat Melkumyan barədə maraqlı açıqlama verib. Erməni zabit bildirir ki, Melkumyan psixiki problemləri var idi və əsgərləri qayışla döyürdü: "Mənim xidmət etdiyim illərdə o qərargahın rəhbəri idi. O, əsgərlərə amansız münasibətilə seçilirdi. Əsgərlərə ana söyüşü söyür, özünü idarə edə bilmirdi. Mənim gözlərimin önündə əsgərləri uzandıraraq onların qayışlarını çıxardır və bütün gücü ilə onları döyürdü. Hətta Xankəndində uşaqları onu villisdən salıb döymüşdülər. Nə vaxt ki, o bizim qərargahdan getdi, biz də nəfəs almağa başladıq. Əsgərlər deyirdi ki, müharibə başlasa birinci Melkumyanı güllə ilə vuracağıq".
 
BAKU.WS 
Ermənistan ordusunun polkovniki Ararat Melkumyan