SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xəzərin Türkmənistan sularında Rusiyaya məxsus gəmidə yanğın başlayıb. Fövqəladə Hallah Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə Azərbaycan FHN-in helikopterləri və gəmisi cəlb olunub. 

İlkin məlumata görə, sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın başlayıb.

Fövqəladə Hallah Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib. 

Əlavə məlumat veriləcək.

BAKU.WS