VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Erməni hərbçiləri cəbhə ətrafındakı yaşayış məntəqələrində yaşayan dinc sakinlərə qarşı iyrənc təxribatlar törətməkdə davam edir.

Cebhe.info-nun bölgə müxbrinin verdiyi məlumata görə, Ağdam rayonunun Əfətli kəndi istiqamətində yerli sakinlər suvarma məqsədi ilə əkin sahələrinə gəldikdə Qarqar çayından piyada əleyhinə minaların axıdıldığının şahidi olublar.

Həmin minalar sakinlərinin əkin sahələrinə qədər axaraq gəlib. Dərhal ANAMA -ya məlumat verilib. Hadisə yerinə gələn təşkilat nümayəndələri həqiqətən də ərazidə 5 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkarlayıb.

Aşkarlanmış minalar partlatma yolu ilə zərərsizləşdirilib.

BAKU.WS