SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda sərxoş kişi intihara cəhd edib.
 
APA-nın hadisə yerindəki əməkdaşı xəbər verir ki, 40-42 yaşlı kişi özünü Babək prospekti ilə Yusif Səfərov küçəsini birləşdirən tunelin üstünə çıxaraq, özünü atacağı ilə hədələyir.
 
Naməlum kişi telefonunun ekranının sındığını deyir və yeni telefon tələb edir.
 
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu fikrindən daşındırıblar.
 
İntihara cəhd edən şəxs Xətai  Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılıb.
 
BAKU.WS