VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyada məşhur azərbaycanlı, dünya şöhrətli göz cərrahı Emin Usubovu nəmalum şəxslər vəhşicəsinə döyüblər. ANS PRESS-in məlumatına görə, Başqırdıstanın paytaxtı Ufa şəhərində baş verib.

Hadisə dünən axşam həkim evinə gedərkən baş verib. Mağazanın qarşısında dünya şöhrətli həkimə gözlənilmədən bir neçə şəxs hücum edərək onu vəhşicəsinə döyüblər.

Hazırda Usubovun vəziyyəti olduqca ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparır. Koma vəziyətində olan Usubov hələ ki özünə gələ bilməyib. Ufada döyülmüş cərrahın yoldaşı uşaq gözləyir.
Qadın hamiləliyin son ayındadır və indi ərinin taleyi üçün narahat olur. Onun sözlərinə görə, Emin heç vaxt münaqişə edən və düşməni olan  şəxs olmayıb.  Qadın ərinin döyülməsində günahkar olanların tapılaraq cəzalandırılacağına əmindir.

35 yaşlı Emin Usubovun sağlamlığı üçün indi bütün ailə narahatdır. Hadisəylə bağlı Emin Usubovun valideynləri Ufaya gəlib. Eminin atası Loğmanın sözlərinə görə, oğlu həmişə əlaçı olub - məktəbdə və universitetdə: "Onu hamı sevir və hörmət edir".
Analoji hadisə üç gün əvvəl Rusiya paytaxtı Moskvada baş verib. Azərbaycan konsulluğunun əməkdaşı döyülüb. Döyülən şəxs bu haqda özü polisə məlumat verib.

Onun sözlərinə görə, o, taksiyə əyləşib və yol zamanı sürücü ilə mübahisə edib. Nəticədə Moskvanın mərkəzində Konyuşkovskaya küçəsində ona bədən xəsarətləri yetirilib.

Zərərçəkənin sözlərinə görə, taksi sürücüsü ilə mübahisə yol zamanı baş verib və sonradan küçədə davam edib.
 
BAKU.WS