VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycanın aldığı silahların bir gün işə düşəcəyi məlum idi. Lakin bu, Ermənistan üçün xoşagəlməz sürpriz oldu. Niyə bu silahlar aprelin əvvəlində atəş açmağa başladı? Bu sualın birmənalı cavabı yoxdur. Azərbaycan əminliklə göstərdi ki, hərbi ritorikası elə belə deyil. Silahları boş yerə almayıb".

Bunu tanınmış rusiyalı politoloq və beynəlxalq icmalçı Arkadi Dubnov Moskvanın Karnegi Mərkəzində keçirilən Dağlıq Qarabağla bağlı ekspert müzakirələrində çıxışı zamanı bildirib.

Ermənistanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərindən danışan A. Dubnov qeyd edib ki, Dağlıq Qarabağdakı "dörd günlük müharibə” münasibətlərə aydınlıq gətirib: "Aydın oldu ki, KTMT daxilində Dağlıq Qarabağla bağlı vahid rəy mövcud deyil. Ona görə də, bu təşkilatdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın nəsə gözləməsi yersizdir. Biz bunu baş verən son hadisələrdə Qazaxıstan və Belarusun simasında gördük. Məlumdur ki, Dağlıq Qarabağ KTMT-nin məsuliyyət daşıdığı ərazi deyil. "Dörd günlük müharibə” zamanı bu fakt bir daha təsdiqini tapdı. Eyni sözü Avrasiya İqtisadi Birliyinə də aid etmək olar. Aprelin 8-də Avrasiya İqtisadi Birliyinin Yerevanda iclası keçirilməli idi. Lakin iclas təxirə salındı və bu, Yerevanın razılığı olmadan edildi. Ermənistanın razılığı olmadan Avrasiya İqtisadi Birliyinin iclasının təxirə salınması ona təşkilatın üzv ölkələri tərəfində vurulan tərs bir şillə idi".

Erməni jurnalistin aprelin əvvəlində Dağlıq Qarabağda baş verən hərbi qarşıdurmanın birinci raundunun kimin xeyrinə bitdiyi ilə bağlı sualına cavabında Arkadi Dubnov bildirib ki, bu raundu xal hesabında Azərbaycan uddu: "Azərbaycan "status-kvo"nu pozdu və məqsədinə nail oldu. "Status-kvo"nu pozmaq Azərbaycanın marağında idi. Azərbaycan bununla bütün dünyaya nümayiş etdirdi ki, müharibə etməyə hazırdır. Bundan başqa, Azərbaycan psixoloji, siyasi və diplomatik planda da uğur qazanmış oldu. Bütün dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldə bildi”.(APA)
 
BAKU.WS