055 213 76 73
Bu gün "Memar Əcəmi-2" və "Avtovağzal" stansiyalarının açılışı olacaq.
Bunu BAKU.WS-ə açıqlamasında Metropolitenin mətbuat katibi Nəsimi Paşayev söyləyib. QSC rəsmisinin sözlərinə görə, açılışda dövlət başçısı İlham Əliyev iştirak edəcək.
Avtovağzal metrostansiyasının inşasına 2009-cu ildə başlanılıb. Bu stansiya gələcəkdə Azadlıq meydanına kimi uzadılacaq. Sərnişinlər buraya Cavad xan metrostansiyasından gələ biləcəklər. İndiyədək Bakıda tikilən ən böyük stansiyadır.
Bakı Metropoliteninin "Bənövşəyi" xəttinin ikinci stansiyası "Memar Əcəmi-2"-də bu xəttin ilk əsas sahələrindən biridir. Çünki "Memar Əcəmi-2" "Bənövşəyi xətt"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaqdır. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"in əhatə edəcəyi stansiyalardan istifadə edə biləcəklər.
BAKU.WS