VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"Biz nəzərdə tutumuşuq ki, ilin sonuna qədər 5 yeni zirehli maşın istehsalını həyata keçirək". Bunu ANS-ə müsahibəsində Malayziyada keçirilən sərgidə iştirak edən Azərbaycanı müdafiə sənayesi naziri  Yavər Camalov deyib.  2017-ci ildə həmin maşınların serialı istehsalına başlamaq planlaşdırlır. 

Nazir sərgidə əsas məqsədin yeni silah növlərinin istehsalı, müxtəlif məsafəli yer-yer, hava–yer , hava-hava raketlərinin Azərbaycana gətirilməsi, istehsalının təşkil edilməsi olduğunu söyləyib.

Malayziyanın Kuala Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı işə başlayıb. Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyyəti təmsil edir.

Dörd gün davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
 
BAKU.WS