SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ola bilsin ki, sosial evlərin tikintisinə bu ilin axırına yaxın başlansın".

BAKU.WS-in trend-ə istinadla verdiyi məlumata görə, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, aztəminatlı əhali yaxşı şərtlərlə sosial mənzillər əldə edəcək.

Onun sözlərinə görə, Azərbaycanda mənzilə ehtiyacı olan əhali kateqoriyası çoxdur: "Azərbaycanda əhali yüksək dinamika ilə artır. Evlənənlər çoxdur, onların mənzillərə ehtiyacı var".
 
BAKU.WS