VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları erməni işğalında olan Kəlbəcərdə girov götürülən azərbaycanlılara baş çəkib. 

BQXK-nın Azərbaycan nümayəndəliyindən BAKU.WS-ə verilən məlumata görə, Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkilib, ailələrinə məlumat çatdırılıb. 

"BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək", - mlumatda bildirilir.

Şahbaz Quliyevin bacısı İradə Quliyeva ANS PRESS-ə açıqlamasında qardaşının ikinci dəfədir ki, məktub göndərmədiyini deyib. Bu dəfə ailəsi də Ş.Quliyevə məktub göndərə bilməyib: "Mənə ötən gün zəng vurub dedilər ki, Şahbaza baş çəkiblər. Amma baş qarışıq olduğu üçün ondan məktub gətirməyiblər. Sadəcə qardaşım şifahi hamımıza salam göndərib. Vəziyyətinin yaxşı olduğu deyilir".
 
BAKU.WS