SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Erməni tərəfinin hərbi qulluqçumuzun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb. Bu barədə məlumat ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. 

Məlumata görə, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.

Ermənistan mətbuatı aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb. Lakin onun rütbəsi və adı barədə heç bir məlumat verilməyib. 

Bir neçə gün öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işlərinin davam etdirilməsi barədə məlumat yayıb.  Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.
 
BAKU.WS