SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Binəqədi rayonunda sürücülər arasında dava düşüb. BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Davaya səbəb sürücülərin bir-birlərinə yol verməməsi olub. Münaqişə tərəflərindən birinin 133 saylı marşrut avtobusunun sürücüsü olduğu deyilir.

"Volkswagen" markalı avtomobili idarə edən şəxs avtobusun sürücüsünə yolda onun qarşısını kəsdiyini söyləyərək təhqir edib. Təhqirin cavabı isə əlbəyaxa dava ilə nəticələnib.

Tərəfləri yol polisinin əməkdaşları aralayıblar.
 
BAKU.WS