SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada azərbaycanlı ermənilər tərəfindən döyülüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Saratov şəhərində qeydə alınıb.
 
59 yaşlı Azərbaycan vətəndaşı baş və beyin silkələnməsi diaqnozu ilə şəhər xəstəxanasına gətirilib. O bildirib ki, iki naməlum şəxs onu 4 nömrəli Sokolovoqorsk keçidinin qarşısındakı evinin yaxınlığında döyüblər.

Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən iki nəfər - 23 və 25 yaşlı Rusiya vətəndaşı olan ermənilər saxlanılıb. Hər iki şəxsin əvvəllər oğurluğa görə həbs edildiyi bildirilir. Onlar törətdikləri əməlləri etiraf ediblər.

Faktla bağlı döymə faktına görə cinayət işi açılıb.
 
BAKU.WS