VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsini təhlükəli saymır, Qarabağın birdəfəlik itirilməsi kimi qiymətləndirmirəm. Əksinə çalışmaq lazımdır ki, işğal altında olan rayonlarımız mümkün qədər tez geri qayıtsın”.

Bunu Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib.

Ayaz Mütəllibovun fikirlərinə münasibət bildirən Politoloq Hikmət Hacızadə bildirdi ki, rus qoşunları Azərbaycana gəlsə onlar heç vaxt ölkəmizi tərk etməyəcəklər:

"Rəhmətlik Elçibəy çətinliklə rus qoşunlarını ölkəmizdən çıxardı. Mən onların bura qayıtmasının qəti olaraq əleyhinəyəm. Gəlin tarixə nəzər salaq. Rus sülhməramlıları gedib Abxaziya və Osetiyada yerləşmişdi. İndi nə Osetiya var, nə də Abxaziya. Həmçinin onlar Dnestryanı respublikanı da "ağ günə” çıxardılar. Hazırda ora da əldən gedib. Biz rus qoşunlarının ölkəmizə gəlməsinin qarşısını almalıyıq. Onlar bura gəlsələr həmişəlik ölkəmizdə qalacaqlar.” 
 
Moderator.az
BAKU.WS