SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Ordusunun aprelin 2-də cəbhə xəttində gerçəkləşdirdiyi uğurlu döyüş əməliyyatlarında öldürülmüş Ermənistan Ordusunun hərbçilərinin meyitlərini əks etdirən yeni görüntülər yayılıb. 

BAKU.WS-in xəbərinə görə, sosial şəbəkələrdə yer alan fotolarda səngərlərdə öldürülmüş erməni hərbçilərinin meyitləri açıq görünür. Erməni hərbçilərinin meyitləri Azərbaycan Ordusunun nəzarətindəki ərazilərdədir.

Qeyd edək ki, Füzuli-Cəbrayıl istiqamətində təkcə Lələtəpə yüksəkliyində Ermənistan Ordusuna məxsus möhkəmləndirilmiş mövqelərdə 21 erməni hərbçisinin meyitinin qaldığı bildirilir. Hərbçilər birinci eşalon müdafiə mövqelərində çox sayda erməni əsgərinin meyitinin qaldığını bildirirlər.
 
BAKU.WS