SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ermənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftarı ilə bağlı faktlar aşkarlanıb".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin Vyanada keçirilmiş ATƏT-in Daimi Şurasının 1096-cı iclasında oxunmuş bəyanatında bildirib.

"9 aprel 2016-cı il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi həlak olmuş Azərbaycan hərbçilərinin meyitlərinin Ermənistan tərəfindən alınmasına yardım edib. Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası cəsədlər üzrərində küt alətlərlə zərbə sonrası travmalar, kəllə sümüyünün xəsarət alması, sümük qırılmaları və başqa bu kimi çoxsaylı qəddarcasına rəftar faktları aşkarlayıb", - bəyanatda deyilib.

Bəyanatda o da qeyd olunub ki, bu faktlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq araşdırması başlanılıb.

Bəyanatda vurğulanır ki, genişmiqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxaran təxribata görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. "Ermənistanın təxribatı ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan sülh prosesinin pozulmasına yönəlmişdi", - bəyanatda bildirilib.
 
BAKU.WS