SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 


 

Tər-tər istiqamətində gedən döyüşlərdə şəhid olan, evin tək oğlu, qəbul imtahanlarında 700 bal toplayan, Azərbaycan Texniki Universitetinin məzunu olmuş, Zəngilan rayonundan məcburi köçkün olan Müşfiq Orucovun ailəsinin sosial durumu çox çətindir.

 
BAKU.WS saytı şəhid ailəsinə dəstək məqsədi ilə xeyriyyə kampaniyasına start verib. H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında kiçik bir otaqda yaşayan şəhid ailəsinə dəstək məqsədi ilə maliyyə yardımı etmək planlaşdırır.
 
Müşfiq Orucovun valideynləri müəllimdirlər. Onlar 7 saylı Zəngilan şəhər məktəbində çalışırlar.

BAKU.WS-in xeyriyyəçi kampaniyasına qoşulmaq istəyənlər aşağıda göstərilən hesablara pul köçürməklə şəhid ailəsinə yardım edə bilər. 
 
BAKU.WS