SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şəhidlərin məzarları digər məzarlardan fərqli olacaq.

BAKU.WS ANS-ə istinadən xəbər verir ki, harda dəfn olunmalarından asılı olmayaraq onların məzarlarında şəhid olduqlarını bildirən xüsusi əlamət olacaq.

Bununla bağlı artıq bir neçə təklif irəli sürülüb. Təkliflər Nazirlər Kabinetində müzakirə olunduqdan sonra qəbul olunacaq və bundan sonra bütün şəhidlərin məzarları seçiləcək.

Şəhidlərin məzarlarının fərqləndirilməsi üçün müxtəlif versiyalar və təkliflər də var. Onlardan biri Türkiyədə olduğu kimi şəhid məzarlarında ay-ulduzun həkk olunması və ya abidəsinin qoyulmasıdır.
 
BAKU.WS